Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

Oxunma vaxtı:26 Saniyə

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına (IPCP) əsasən, Bakıda NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri tərəfindən “NATO-da logistikanın planlaşdırılması” mövzusunda təlim kursu keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Kurs ərzində “Əməliyyatlar zamanı əməliyyat planlama prosesində logistikanın təşkili” ssenarisi üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı nəzəri və praktiki məşğələlər təşkil olunub, həmçinin hərbi qulluqçulara NATO ilə ümumi tanışlıq və logistika ilə əlaqədar müxtəlif brifinqlər təqdim edilib.
Kursun sonunda iştirakçılara sertifikatlar verilib.

Loading

Next Post

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlanıb

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlanıb. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda ilk görüşünü sentyabrın 27-də səfərdə Lixtenşteynə qarşı keçirəcək. UEFA Millətlər Liqası D Liqası II qrup 2026-cı il 27 sentyabr 18:00. Lixtenşteyn – Azərbaycan 1 oktyabr 21:00. Azərbaycan – Lixtenşteyn 4 oktyabr 18:00. Azərbaycan – Litva 13 […]