
Şəki rayonunun Dərəcənnət kənd sakinləri redaksiyamıza anonim müraciətlər edib və həmin müraciətlərdə göstərilən problemi əks etdirən videogörüntünün linkini göndəriblər.
Vətəndaşlar nədənsə çəkindikləri üçün anonim müraciətlər edirlər. Amma, ortada faktı təsdiq edən videogörüntü olduğundan məsələyə biganə yanaşmaqda olmur.
Beləki, anonim müraciətlərdə göstərilir ki, uzun illərin içməli su probleminə görə Şəki rayonunun Dərəcənnət kənd sakinləri kənddən müxtəlif şəhərlərə köçür, ata – baba yurdlarını tərk etmək istəməyənlər isə ən yaxşı halda, kənddən bir neçə yüz metr kənara Suçma kəndi istiqamətinə çıxaraq orada məskunlaşıb, ” Yeni Dərəcənnət ” adlı sanki kiçik bir kənd salıblar.
Anonim müraciətlərdə onuda xüsusi vurğulayırlar ki, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının diqqəti və qayğısı sayəsində uzaq məsafədən dəmir borularla su çəkilərək Yeni Dərəcənnət kənd sakinləri içməli su ilə təmin edilib. Lakin, həmin su borusu başqa kəndlərin ərazisindən keçdiyi üçün, həmin kəndlərin sakinləri tərəfindən məqsədli şəkildə kəsilib deşilmiş problem yaradılmışdır. Həmin problemin aradan qaldırılması məqsədi ilə, təxminən 2 il bundan öncə dəmir su borusu yenilənmiş, kapron su borusu ilə əvəzlənmiş və torpağın altına basdırılaraq çəkilmişdir. Lakin, buna baxmayaraq yenədə həmin su borusu Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisindən ( dağlıq ərazidə) keçən hissədə kəsilib, deşilərək içməli sudan suvarma məqsədi ilə istifadə olunur.
Beləki, Bakı – Şəki və ya Yevlax – Zaqatala Magistral yolunun Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində dağlıq ərazidə, yoldan təxminən 45 – 50 metr məsafədə yerləşən təxminən 35 – 40 sot kənarları çəpərlənmiş sahədə əkilmiş yonca həmin su ilə suvarılır. Magistral yola çox yaxın məsafədə yerləşdiyi üçün, hər tərəf qup-quru olan dağlıq ərazidə yam-yaşıl yonca sahəsi lap aydın görünür. Bəs niyə aidiyyatı qurumlar bunu görmür və qanunvericiliyə uyğun tədbirlər görmürlər. 1 nəfərin öz şəxsi təsərrüfatını genişləndirməsi, yonca sahəsini suvarması hesabına 1 kəndin içməli su ilə təminatına ciddi problemlər yaranır.
İçməli suya olan təlabatın, şirin su resursları tərəfindən qarşılanmadığı, içməli su qıtlığının olduğu bir dövrdə insanlar tərəfindən əlavə yaradılan bu problemin linkdə göstərilən videogörüntüyə uyğun araşdırılmasına nəticəsi barədə redaksiyamıza məlumat verilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.
![]()
