İslandiyalı nazir müavini: İqlim dəyişikliyinin nəticələri bu sahədə əməkdaşlığı zəruri edir

Oxunma vaxtı:34 Saniyə

İqlim dəyişikliyinin nəticələri iqlim böhranı ilə mübarizədə əməkdaşlığı zəruri edir.

Bunu İslandiyanın ətraf mühit, enerji və iqlim nazirinin müavini Helqa Barodotir COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

“2024-cü il, çox güman ki, bəşər tarixinin ən isti ili və 1,5 dərəcə həddini keçən ilk il olacaq. Bu cür istiləşmə səviyyəsinin planetimizə gətirdiyi dəyişikliklər dağıdıcıdır. Son illərdə şahidi olduğumuz iqlim faciələri gələcəkdə daha da artacaq”, – o vurğulayıb.

Nazir müavini qeyd edib ki, yalnız təsirlərin azaldılması və uyğunlaşma üzrə birgə iqlim tədbirləri bu prosesi dayandıracaq və cəmiyyəti gələcəyə hazırlayacaq.

İdarə nümayəndəsi vurğulayıb ki, İslandiya hökuməti son illərdə təsirlərin azaldılması və uyğunlaşma arasında balanslaşdırılmış yanaşmaya diqqət yetirərək iqlim maliyyəsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə artırıb.

Loading

Next Post

Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Qarakənd faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib. Bu barədə qurumun “X” hesabında yazılıb: “Azərbaycanın Xocavənd rayonunun Qarakənd şəhərində baş vermiş faciədən 33 il ötür. 1991-ci il noyabrın 20-də Azərbaycanın 22 yüksək səviyyəli dövlət xadimini, jurnalistini və sülh missiyasının üzvlərini daşıyan mülki vertolyot Ermənistan silahlı qüvvələri […]