Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Oxunma vaxtı:26 Saniyə

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər);

2. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;

3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

5. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;

6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

7. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Loading

Next Post

G7: İran böhranının həlli regionda gərginliyin azalmasına gətirib çıxarmalıdır

“İran böhranı”nın həlli Yaxın Şərqdə gərginliyin azaldılmasına və Qəzza zolağı ətrafında vəziyyətin nizamlanmasına gətirib çıxarmalıdır. Bu barədə Kanada hökumətinin bazar ertəsi dərc etdiyi “Yeddilik Qrupu” (G7) ölkələri liderlərinin birgə bəyanatında deyilir. “İran regional qeyri-sabitliyin və terrorun əsas mənbəyidir. Ardıcıl olaraq bəyan etmişik ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır. […]