Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Oxunma vaxtı:23 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.

İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.

Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.

Loading

Next Post

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür.Həmin təqvim günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur. Təşkilat müharibənin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa […]