Sabah 2 rayonun qazı KƏSİLƏCƏK

DogruSozTv Az
Oxunma vaxtı:28 Saniyə

Sabah Göyçay və Bakının Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Göyçay rayonundakı qaz xətlərində aşkar olunmuş sızmaların ləğvi, yeni krantların və tənzimləyici şkafların quraşdırılması, həmçinin paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar oktyabrın 24-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Göyçay şəhərinin və rayonun 27 kəndinin, həmçinin paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani, S.Bəhlul küçələrinin və Atatürk prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Koçaryan–Sarkisyan cütlüyünün son oyunu: revanşistlərin sülhə qarşı dirənişi – TƏHLİL

Cənubi Qafqazda sülhün real siyasi gündəmə çevrildiyi bir dövrdə Ermənistanda revanşist ritorikanın yenidən baş qaldırması ciddi narahatlıq doğurur. Xüsusilə sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdiyi siyasi qruplar regionda sabitliyə və sülh təşəbbüslərinə qarşı ənənəvi “təhlükəsizlik qorxusu” ritorikasını dirçəldirlər. Bu iki siyasətçinin əsas məqsədi – öz siyasi keçmişlərinin […]