Dolu düşəcək, leysan yağacaq – XƏBƏRDARLIQ

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Azərbaycanın rayonlarında iyunun 18-i gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Loading

Next Post

Depressiya yarada biləcək ƏRZAQLAR

Ekspertlər depressiya yarada biləcək ərzaqların adlarını açıqlayıblar. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sağlam qida üzrə tanınmış ekspert Katerina Quru depressiya yaradacaq ərzaqların arasında ilk sırada meyvə şirələri və şəkər tərkibli məmulatların yer aldığını bildirib. Qurunun dediyinə görə, kağız qablaşdırmadakı meyvə şirələri şəkərlər reaksiyaya girərək qlükozanın miqdarını kəskin artırır. Nəticədə qana […]