Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar endirildi

Oxunma vaxtı:22 Saniyə

Azərbaycanda milli matəm günü ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində və Türkiyə şəhidliyində bayraqlar yarıya endirilib.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi sosial media üzərindən paylaşım edib.

“AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasına görə elan edilən milli matəm günü ilə bağlı olaraq Səfirliyimizdə və Azərbaycandakı şəhidliklərimizdəki bayraqlarımız yarıya endirilib. Faciəli qəzada həyatını itirən qardaşlarımızı bir daha rəhmətlə yad edirik, ailələrinə başsağlığı veririk. Dost Azərbaycan xalqının dərin kədərini paylaşırıq”,-deyə paylaşımda qeyd edilib.

Loading

Next Post

Sabah yağış yağacaq - PROQNOZ

Azərbaycanda dekabrın 27-də hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu […]