Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi dəyişib

Oxunma vaxtı:22 Saniyə

Prezident İlham Əliyev 8 iyul 2013-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra ali təhsilin bakalavr və ya magistr təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş təhsilalanlara “Təhsil haqqında” qanuna uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi – diplomla yanşı döş nişanı da veriləcək.

Loading

Next Post

Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib

Azərbaycanda şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə görə cərimələr tətbiq ediləcək. Bununla bağlı Prezident İlham Əliyev Milli Məclisin dekabrın 30-da qəbul etdiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib. Yenilənmiş Məcəlləyə əsasən, maliyyə institutları tərəfindən fiziki və […]