İlham Əliyev: Erməni hərbi cinayətkarları Bakıda istintaq təcridxanasında çay içirlər

DogruSozTv Az
Oxunma vaxtı:20 Saniyə

Erməni hərbi cinayətkarları bu gün Bakıda istintaq təcridxanasında çay içirlər.

Bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda onların tanklarının Bakı küçələrində olacağını, özlərinin isə Bakıda çay içəcəklərini deyirdilər.

“Onların istəkləri qismən yerinə yetdi. Hərbi Qənimətlər Parkında erməni tankları var, erməni cinayətkarlar isə Bakıda istintaq təcridxanasında çay içirlər”.

Loading

Next Post

Pakistanın Baş naziri: Məcburi köçkünlərin Qarabağa qayıdışını görmək ruhlandırır

Məcburi köçkünlərin Qarabağa doğma yurdlarına qayıdışını görmək ruhlandırır. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Şuşada, Xankəndidə, Qarabağda, Laçında və Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz tempi tam fenomenal xarakter daşıyır: “Artıq […]