Pakistanın Baş naziri: Məcburi köçkünlərin Qarabağa qayıdışını görmək ruhlandırır

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

Məcburi köçkünlərin Qarabağa doğma yurdlarına qayıdışını görmək ruhlandırır.

Bunu Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şuşada, Xankəndidə, Qarabağda, Laçında və Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz tempi tam fenomenal xarakter daşıyır:

“Artıq gələcəyimizə böyük ümid və arzularla baxırıq. Prezident İlham Əliyev, bu, sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan şəxsi güclü sadiqliyinizin böyük rəmzidir. Bu gün cəsur oğullarımızın qanları hesabına azad Qarabağ torpaqlarında gözəl Xarıbülbül yenə çiçək açır, ümid gətirir. Uca Allah tərəqqi və firəvanlıqla dolu gələcəyə addımlayan böyük xalqlarımıza güc-qüvvət versin. Yaşasın Pakistan-Azərbaycan dostluğu! Yaşasın Pakistan-Azərbaycan-Türkiyə dostluğu!”

Loading

Next Post

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Ulu öndər […]