Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək

Oxunma vaxtı:36 Saniyə

Martın 23-24-də Daşkənddə beynəlxalq İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək.

“Report” bu barədə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

“Özbəkistan və İtaliyanın kənd təsərrüfatı nazirliklərinin təşəbbüsü ilə martın 23-24-də Daşkənddə İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə “Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma” mövzusunda beynəlxalq aqrobiznes forumu keçiriləcək”, – məlumatda bildirilib.

Forum kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, investisiyaların cəlbi və innovativ texnologiyaların müzakirəsi üçün platforma olacaq. Tədbirdə İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycandan olan aparıcı ekspertlər və investorlar iştirak edəcəklər.

Forum çərçivəsində sahibkarlara praktiki əməkdaşlığın perspektivli istiqamətlərini birbaşa müzakirə etməyə imkan verəcək B2B görüşlərin keçirilməsi də planlaşdırılır. Tədbir davamlı işgüzar əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı faydalı layihələrin təşviqinə yönəlib.

Loading

Next Post

Paşinyan: Cənubi Qafqaz ölkələri öz təhlükəsizliklərinin qeydinə özləri qalmalıdır

Əgər Cənubi Qafqaz dövlətləri öz təhlükəsizliklərinin qeydinə özləri qalmasalar, yeni geosiyasi sarsıntılar onlara rəhm etməyəcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, azı son 100 il ərzində Ermənistan və Azərbaycan bir-biri ilə qarşılıqlı əlaqədə olub. Bir əsr sonra region yenə də […]