Paşinyan: Cənubi Qafqaz ölkələri öz təhlükəsizliklərinin qeydinə özləri qalmalıdır

Oxunma vaxtı:43 Saniyə

Əgər Cənubi Qafqaz dövlətləri öz təhlükəsizliklərinin qeydinə özləri qalmasalar, yeni geosiyasi sarsıntılar onlara rəhm etməyəcək.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, azı son 100 il ərzində Ermənistan və Azərbaycan bir-biri ilə qarşılıqlı əlaqədə olub. Bir əsr sonra region yenə də mürəkkəb olaraq qalır və Cənubi Qafqaz dövlətləri özlərinin qeydinə özləri qalmasalar, yeni geosiyasi sarsıntılar onlara “rəhm etməyəcək”.

“Münaqişələr və düşmənçilik gözümüzü kor edən, müstəqilliyimizi və dövlətçiliyimizi həssas edən bir virusdur. Buna görə də talelərimizin strateji baxımdan qarşılıqlı asılılığının dərk edilməsi Ermənistanla Azərbaycan arasında sülhü mümkün edən daha bir mühüm amildir”, – o bildirib.

Paşinyan, həmçinin qeyd edib ki, bu qərarın qəbul edilməsi üçün o, ölkə daxilindəki, ilk növbədə, kilsənin müqavimətini dəf etməli olub. Kilsə nəinki buna qarşı çıxır, həm də Qarabağ hərəkatının bərpasına çağırırdı, bu da, faktiki olaraq münaqişəyə qayıtmaq demək idi.

Loading

Next Post

Aİ Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri başa çatıb

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb. Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və […]