Fuad Ələsgərov İnam Kərimovu kollektivə təqdim etdi

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Ötən gün Ali Məhkəməyə sədr təyin olunan İnam Kərimov kollektivə təqdim edilir.

Dogrusoztv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqdimat hazırda Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov tərəfindən aparılır.

O, İnam Kərimovu Ali Məhkəmənin hakim kollektivi və digər məsul əməkdaşlara təqdim edərək fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini diqqətə çatdırıb.

Qeyd edək ki, İnam Kərimov dünən Prezidentin Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsindən azad olunaraq Ali Məhkəmənin sədri təyin edilib.

Loading

Next Post

Azərbaycanda dünyanın ən uzun tunellərindən biri inşa olunur

Türkiyənin “Proyapı” tikinti şirkəti 2025-ci ilədək avtomobil yolları, körpü və tunellərin cari tikintisini bitirməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə “Proyapı” şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen deyib. Onun sözlərinə görə, şirkət minimal müddətdə “Zəfər Yolu”nu inşa edərək istismara verib. “Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam edir. Bu yolun […]