Azərbaycanda dünyanın ən uzun tunellərindən biri inşa olunur

alfonsonri
Oxunma vaxtı:38 Saniyə

Türkiyənin “Proyapı” tikinti şirkəti 2025-ci ilədək avtomobil yolları, körpü və tunellərin cari tikintisini bitirməyi planlaşdırır.

Bu barədə çərşənbə axşamı Trend-ə “Proyapı” şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen deyib.

Onun sözlərinə görə, şirkət minimal müddətdə “Zəfər Yolu”nu inşa edərək istismara verib.

“Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam edir. Bu yolun 2024-cü ildə tikintisinin tamamlanması və istismara verilməsi planlaşdırılır. Bundan başqa, Mincivan-Ağbənd avtomobil yolunu, Kəlbəcər-Laçın yolunu inşa etməyə davam edirik. Bununla yanaşı, Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi davam etdirilir. Bu yol Xudafərini Laçın və Gəncə ilə birləşdirəcək”, – o deyib.

A.Aygen “Zabuxçay” su anbarının tikintisinin də davam etdiyini vurğulayıb.

“”Zabuxçay” Qarabağda inşa olunan ilk su anbarıdır. Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa olunacaq digər su anbarlarını da layihələndirməkdəyik”, – o vurğulayıb.

Loading

Next Post

Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub

Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub. Görüşdə çıxış edən Prezident Emoməli Rəhmon deyib: – Hörmətli İlham Heydər oğlu, Tacikistana xoş gəlmisiniz. Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər […]