Lerikdə avtomobil dərəyə aşıb, sərnişin ölüb

Oxunma vaxtı:28 Saniyə

Lerikdə yol kənarında dayanmış avtomobil dərəyə aşıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə ötən gecə axşam saatlarında baş verib.

Belə ki, Lerik rayonunun Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsini Dico kəndində yol kənarında saxlayaraq maşından düşüb. Bu zaman minik avtomobili hərəkətə gələrək dərəyə aşıb.

Qəza nəticəsində maşında sərnişin qismində olan sürücünün bacısı 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Gəncədə dönərdən zəhərlənən 8 şagird evə buraxılıb - YENİLƏNİB

Ötən gün saat 21:30 radələrindən başlayaraq 5-i kişi, 3-ü qadın cinsli olmaqla 8 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. […]