Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

DogruSozTv Az
Oxunma vaxtı:52 Saniyə

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629 nəfərə çatıb, 2 426 nəfər isə itkin düşmüş hesab olunur.

Bu məlumatları Nepalın Təbii Fəlakətlərlə Mübarizə Agentliyi açıqlayıb.

Daha əvvəl 616 nəfərin öldüyü bildirilmişdi.

Nepalın maliyyə naziri Svarnim Vaqle isə “Reuters”ə bildirib ki, daşqından sonra bərpa işləri üçün ölkəyə 4-5 milyard dollara qədər vəsait lazım olacaq.

“Bu, sadəcə təxmini qiymətləndirmədir. Dəyən ziyan və itkilər hazırda hesablanır”, – o bildirib.

Xarici işlər naziri Şişir Xanal isə qeyd edib ki, Nepalın insanların tunellərdən xilas edilməsi, nəqliyyat və kommunikasiya infrastrukturunun bərpası, ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və DNT testlərinin keçirilməsi daxil olmaqla, ixtisaslaşdırılmış və texniki sahələrdə xarici yardıma ehtiyacı var.

Nepal hökuməti həmçinin beynəlxalq axtarış-xilasetmə qruplarını cəlb etməmək barədə qərarı ləğv edib.

Medianın məlumatına görə, müvafiq qərar vətəndaşları itkin düşmüş ölkələrin diplomatik təzyiqindən sonra qəbul edilib.

Xatırladaq ki, avqustun 26-da səhər Nepalın şimalında güclü daşqın baş verib. İlkin məlumata görə, buna səbəb “Rasuvaqadi” sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə Nepal-Çin sərhədində baş verən qaya uçqunu olub. Yüzlərlə insan, o cümlədən təxminən 500 xarici vətəndaş itkin düşüb.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “SOCAR Petroleum” QSC-nin Gəncə şəhərində yerləşən 6 saylı Gəncə Neft Baza Sahəsində “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib. Bu barədə nazirlik məlumat yayıb. Belə ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi strateji əhəmiyyət kəsb […]