Qazaxıstanda “Su-30SM” qırıcısı qəzaya uğrayıb

Oxunma vaxtı:16 Saniyə

Qazaxıstanın Karaqanda vilayətində planlı təlim-məşq uçuşlarının icrası zamanı “Su-30SM” qırıcısı qəzaya uğrayıb.

Bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib.

Qəzanın baş verdiyi ərazi mühasirəyə alınıb. Əhali və infrastruktur obyektləri üçün təhlükə qeydə alınmayıb.

Hadisənin baş vermə səbəbləri və şəraitinin müəyyən edilməsi üçün Uçuş Təhlükəsizliyi Departamentinin rəisinin başçılığı ilə xüsusi komissiya yaradılıb.

Loading

Next Post

Səbinə Əliyeva: İşğaldan azad olunan ərazilərdə insan ləyaqətinə uyğun həyat şəraiti bərpa edilir

Azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və inkişaf prosesi start götürüb. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. “Dövlətimiz işğaldan azad edilmiş ərazilərdə geniş əhatəli yenidənqurma və inkişaf prosesinə başlayıb. Bu proses yalnız fiziki infrastrukturun bərpasını deyil, eyni zamanda sosial həyatın və insan yaşayışının yenidən canlandırılmasını özündə […]