Alla Puqaçovanın qəsri dünyada ən böyük morqa çevriləcək – FOTO

alfonsonri
Oxunma vaxtı:31 Saniyə

Alla Puqaçova və Maksim Qalkinin Rusiyanın Qryaz kəndindəki qəsri Sankt-Peterburqdan olan şoumen Stas Bareski tərəfindən satın alınıb.

Bareski qəsri 450 milyon rubla aldığını bildirib. Onun sözlərinə görə, ulduz ailənin pula ehtiyacı olub, ona görə də İsrail və Baltikyanı ölkələrdə aparılan danışıqlar zamanı tezliklə alqı-satqı ilə bağlı razılaşmanın əldə edilməsinə tələsiblər. 

Qəsrin yeni sahibi isə burada morq və krematoriya qurmağı planlaşdırır.

“Alla Borisovna qəsrin ritual biznes sahəsində istifadəsi ilə bağlı qərarsız idi. Biz bu qəsrdən Rusiyada, Avropada, bütün dünyada ən böyük krematoriya və morq yaratmaq istəyirik. Burada müəyyən zonalar, bəzi ritual mağazalar, anbarlarımız olacaq”, – deyə Bareski qeyd edib.

Mənbə: AİF.ru

Loading

Next Post

Son günlər yayılan virusdan necə qorunmalı?

Son günlər insanlar arasında yayılan soyuqdəymə uzun müddət sağalmaması ilə insan orqanizmini məhv edir. Bununla mübarizə aparmaq üçün immuniteti gücləndirmək vacibdir. Dərmanlarla yanaşı türkəçarə də edilməlidir. Soyuqdəymə, boğaz ağrısı zamanı aşağıdakıları etmək yaxşıdır: Qaba 2 xörək qaşığı quru nanə və 1,5 stəkan su qoyun. Xırda doğranmış yarım limonun qabığı ilə […]