Kamran Əliyev Naxçıvan Prokurorluğunda 2 nəfəri İŞDƏN ÇIXARDI

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi İlqar Əsgərov və NMR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru Əsrafil Əsgərov öz arzularına əsasən tutduqları vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Bundan başqa, Kamran Əliyevin müvafiq əmri ilə NMR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası vəzifəsi Ramal İbrahimovun üzərindən götürülərək o, həmin şöbənin böyük prokuroru vəzifəsinə təyin edilib.

Bundan əlavə, müvafiq əmrlə Vüqar Hüseynova NMR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilib.

Loading

Next Post

Bəy və gəlin toy gecəsi zəlzələdə həlak oldu

“Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələ Türkiyədə minlərlə insanın ölümünə səbəb olub. Qardaş ölkənin 10 vilayətində dağıntılara səbəb olan zəlzələdə axtarış-xilasetmə işləri davam edir.   Hatayda fevralın 5-də evlənən cütlük zəlzələnin qurbanı olub. Belə ki, yeni evlənən Elif və Halil İbrahim Aksoy cütlüyü yeni aldıqları evin dağıntıları altında qalaraq, ölüblər.