Ceyhun Bayramov Kaya Kallasla görüşüb

Oxunma vaxtı:20 Saniyə

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

Bu barədə XİN-in “X” hesabında bildirilib.

Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan–Aİ əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır.

“Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır”, – məlumatda qeyd olunub.

Loading

Next Post

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Söhbət zamanı dövlət başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlanıb. Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident […]