Aİ ölkələri Bakı və İrəvan arasında sülh prosesinə dəstək ifadə ediblər

Oxunma vaxtı:27 Saniyə

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Cənubi Qafqazda kommunikasiyaların açılması prosesinə və Azərbaycan ilə Ermənistan arasında sülhün daha da möhkəmlənməsinə yönəlmiş səylərə dəstəklərini ifadə ediblər.

“Report”un Ermənistan KİV-inə istinadən məlumatına görə, bu barədə Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iştirak etdiyi Aİ Xarici İşlər Nazirləri Şurasının formatı çərçivəsində keçirilən görüşdə bildirilib.

Görüş iştirakçıları Ermənistan və Aİ arasında tərəfdaşlığın inkişafını qeyd etmiş, həmçinin qarşıdakı vəzifələr barədə fikir mübadiləsi aparıblar.

“Regional proseslər kontekstində Aİ tərəfdaşları kommunikasiyaların açılmasına, Azərbaycan və Ermənistan arasında sülhün daha da möhkəmlənməsinə yönəlmiş təşəbbüslərə dəstəklərini təsdiqləyiblər”, – bəyanatda bildirilib.

Loading

Next Post

Qışda Bakının su təchizatında yarana biləcək problemlərin qarşısı alınır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyin məlumat yayıb. Məlumata görə, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. […]