Hörmüz boğazından gəmilərin keçidi minimuma enib

Oxunma vaxtı:28 Saniyə

ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb.

Bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan “Windward” şirkətinə istinadən “İnterfaks” məlumat yayıb.

Məlumata görə, cəmi bir neçə gün əvvəl boğazdan 18-22 gəmi keçirdisə, son 12 saat ərzində altı gəmi müşahidə edilib.

Eyni zamanda, şirkət qeyd edir ki, gəmilərin öz yerlərini gizlətmək üçün transponderlərini söndürdükləri “gizli tranzitlərin” sayı artır.

Daha əvvəl “Axios” portalı bildirib ki, ABŞ hökuməti İrandan ən geci şənbə gününədək Hörmüz boğazının gəmilər üçün tamamilə açılmasını tələb edir. Bunun əvəzində ABŞ ordusu İranın obyektlərini atəşə tutmayacaq.

Loading

Next Post

Azərbaycan XİN Monqolustanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Monqolustanı təbrik edib. Nazirlik bu barədə “X” sosial media hesabında yazıb. “Monqolustan Hökumətini və xalqını Milli Bayramları münasibətilə səmimi qəlbdən təbrik edirik! Dost Monqolustan xalqına davamlı sülh, firavanlıq və rifah arzulayırıq”, – paylaşımda qeyd olunub.