ABŞ Prezidenti: Hələlik Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur

Oxunma vaxtı:30 Saniyə

ABŞ Prezidenti Donald Tramp hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsinə soyuq yanaşır.

ABŞ lideri bu barədə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşün nəticələrinə dair “Fox News” telekanalına müsahibəsində müvafiq sualı cavablandırarkən danışıb.

“Bu gün baş verənlərə görə düşünürəm ki, indi bunu düşünməyimə ehtiyac yoxdur”, – deyə o bildirib. “Bilirsiniz, hesab edirəm ki, görüş çox yaxşı keçdi”, – deyə Ağ Ev rəhbəri əlavə edib.

Bununla belə, o, gələcəkdə sanksiyalar məsələsinin gündəmə qayıda biləcəyini istisna etməyib. “Ola bilsin ki, iki və ya üç həftə sonra və ya bu kimi müddətdə bunu düşünməli olacağam, lakin məhz indi bunu düşünməyimizə ehtiyac yoxdur”, – deyə Tramp qeyd edib.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

13 thoughts on “ABŞ Prezidenti: Hələlik Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur

Comments are closed.

Next Post

Novxanıda bir nəfər dənizdə batıb

Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində 2009-cu il təvəllüdlü yeniyetmə – Bayramov Murad dənizdə batıb. Hadisə barədə məlumat daxil olduqdan sonra axtarış tədbirləri həyata keçirilib. Axtarışla yeniyetmənin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.