Fransa və Səudiyyə Ərəbistanı Fələstinə dəstək sammiti keçirəcək

DogruSozTv Az
Oxunma vaxtı:26 Saniyə

Fransa və Səudiyyə Ərəbistanı bir sıra dünya liderinin iştirakı ilə iki dövlətli həll üçün sammit keçirəcək.

Bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, sammitin məqsədi iki dövlətli həllə dəstəyi gücləndirmək və bir sıra ölkələrin rəsmi şəkildə Fələstin Dövlətini tanımasını təşviq etməkdir. Belə bir addımın İsrail və ABŞ tərəfindən sərt reaksiya ilə qarşılanacağı gözlənilir.

Qeyd olunur ki, bu sammit fələstinlilər üçün mənəvi dəstək sayıla bilər, lakin praktiki baxımdan əhəmiyyətli dəyişikliklər gətirəcəyi gözlənilmir. Çünki İsrail hökuməti açıq şəkildə bildirib ki, heç bir halda Fələstin dövlətinin yaradılmasına icazə verilməyəcək.

Loading

Next Post

Sabah pensiyalar tam ÖDƏNİLƏCƏK

Respublika üzrə pensiyaların sentyabrın 23-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Bu barədə Dövlət Sosial Müdaiə Fondu məlumat yayıb. Bildirilib ki, Fond tərəfindən sentyabrın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.