Bu şirkət Azərbaycana uçuşlarını yenidən dayandırdı

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

“Ural Hava Yolları” şirkəti Azərbaycana iyulun 1-dən oktyabrın 20-dək nəzərdə tutulan uçuşlarını dayandırıb.
Bu barədə məlumatı aviaşirkət yayıb.
Bildirilir ki, qərar Rusiya və Ukrayna arasında yaranan vəziyyətlə əlaqədər verilib.
Aviaşirkət iyul ayında Azərbaycanla yanaşı, Ermənistana, Qazaxıstana, Özbəkistana nəzərdə tutulan uçuşlarını ləğv edib.
Şirkətin məlumatında qeyd olunub ki, ancaq Kamçatkadan Sankt-Peterburqa olan reyslər işləyəcək.
Qeyd edək ki, mart ayında (5-26 tarixlərində) bu aviaşirkət Azərbaycana uçuşlarını dayandırmışdı.
Xatırladaq ki, “Ural Hava Yolları” şirkəti Azərbaycana Jukovsk, İrkutsk, Yekaterinburq, Kaluqa, Perm, Omsk, Krasnoyarsk, Novosibirsk, Nijni Novqorod, Samara və Mineralnıye Vodı şəhərlərindən birbaşa uçuşlar həyata keçirirdi.

Loading

Next Post

Lavrovun təklif etdiyi xəritələr Bakını qane edəcəkmı? - GƏLİŞMƏ

“Rusiya sərhədlərin delimitasiyası prosesində istifadə üçün Ermənistan və Azərbaycana kartoqrafik material (xəritələr – red.) verməyə hazırdır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov srağagün İrəvanda keçirdiyi mətbuat konfransında deyib. Söhbət hansı xəritələrdən gedir? Bu xəritələr yetərli olacaqmı, Bakını qane edəcəkmi? Xatırladaq ki, Azərbaycan tərəfi bildirib ki, 1918-ci ilin legitim xəritələridən […]