Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Oxunma vaxtı:47 Saniyə

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb

Bildirilib ki, Sabunçu rayonunun “Yeni Ramanı” qaz xətti üzərində quraşdırılmış tənzimləyicinin, Nəsimi rayonunun H.Əliyev və C. Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən yeraltı orta təzyiqli siyirtmənin əvəz olunması məqsədilə iyulun 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Ramanı Südçülük Sovxozunun, Elşən Məhərrəmov küçəsinin, Sosial evlərin, Maştağa qəsəbəsi Daş karxanasının bir hissəsinin, Ramanı qəsəbəsinin, Yeni Ramanı, D. Bünyadzadə, Z.Tağıyev, Deputat, Yeni Zaman küçələrinin, Sabunçu qəsəbəsinin bir hissəsinin və Suraxanı rayonu ərazisində isə Deputatski küçəsinin bir hissəsinin, Ramanı 2-ci sahə Şuşa qaçqın şəhərciyinin, Ramanı qəsəbəsinin C.Cabbarlı, Ə.Haqverdiyev, V. Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin, həmçinin Nəsimi rayonu üzrə isə C. Məmmədquluzadə, H.Əliyev, A.Əliyev, S.Rəhman, C. Səlimov, A. Salamzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Kürdəmirdə zəhərlənənlərin adları məlum olub

Kürdəmirdə baş verən kütləvi zəhərlənmə zamanı zəhərlənən şəxslərin adları məlum olub. Bunlar rayonun Cəyli kənd sakinləri: 2020 təvəllüdlü Xəlilov Əli Coşqun oğlu 2013-cü il təvəllüdlü Xəlilov Ömər Coşqun oğlu 1986-cı il təvəllüdlü Şükürova Asudə Əşrəf qızı 1997-ci il təvəllüdlü Şükürov Famil Habil oğlu 1974-cü il təvəllüdlü Şükürova Şamama Əjdər qızı […]