Bakının mərkəzi prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

DogruSozTv Az
Oxunma vaxtı:25 Saniyə

Bu gün saat 23:00-dan etibarən Bakı Şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər məhdudlaşdırılaraq meydan ərazisindən təmin ediləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazidə hərəkət zamanı ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.

Agentlik yaranan müvəqqəti narahatlığa görə üzr istəyir, anlayış üçün təşəkkür edir.

Loading

Next Post

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin oktyabrın 24-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Azərbaycan Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında 2. F.M.Abbasovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında 3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında 4. Gəncə Apellyasiya […]