Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib

Oxunma vaxtı:41 Saniyə

Azərbaycanda şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə görə cərimələr tətbiq ediləcək.

Bununla bağlı Prezident İlham Əliyev Milli Məclisin dekabrın 30-da qəbul etdiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.

Yenilənmiş Məcəlləyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya təqdim edilmiş məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatların və sənədlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə maliyyə institutuna təqdim edilməməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.

Loading

Next Post

Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb

Prezident İlham Əliyev 20 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb. Xatırladaq ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri – İlhamə Qədirova, Elçin […]