Hesablama Palatası: Dövlət əmlakının icarə verilməsindən daxilolmalarla bağlı əlavə potensial var

Oxunma vaxtı:25 Saniyə

Azərbaycanda dövlət əmlakının icarə verilməsindən büdcəyə daxilolmalarla bağlı əlavə potensial var.

Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, aparılmış təhlillər və kənar dövlət maliyyə nəzarəti tədbirləri bu mənbə üzrə əlavə potensialın olduğu qənaətinə gəlməyə əsas verib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda büdcə gəlirlərinin 34 milyon manatının və yaxud 0,1 %-nin dövlət əmlakının icarəyə verilməsi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 21,4 % çoxdur.

Loading

Next Post

Sabah gecə və səhər bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° […]