Polis yolların buz bağlaması ehtimalı ilə bağlı xəbərdarlıq edib

Oxunma vaxtı:39 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolların buz bağlaması ehtimalı ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, bir neçə gün davam edən əlverişsiz hava şəraiti nisbətən sabitləşsə də, ötən günlər yağan qarın yaratdığı fəsadlar hələ də qalmaqdadır. Xüsusilə dağlıq və dağətiyi rayonlarda, eləcə də səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolların buz bağlama ehtimalı sürüşmə riskini dəfələrlə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yollarda buzlaşma ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 68 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,71 ABŞ dolları və ya 2,57 % artaraq 68,34 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 68,27 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,69 ABŞ dolları və […]