Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir

Oxunma vaxtı:31 Saniyə

“YUNESKO bir adamın əlində alətə çevrilməməli və ya heç bir ölkənin Xarici İşlər Nazirliyinin idarəsi səviyyəsinə endirilməməlidir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev YUNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri ilə görüşü zamanı deyib.

“Biz Bakıda YUNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri/elçiləri ilə geniş və açıq müzakirələr apardıq. Mən həmkarlarıma Azərbaycanın regional sülh gündəmi və mədəni diplomatiya siyasəti, eləcə də işğal zamanı Ermənistan tərəfindən mədəni və dini irsimizin məhv edilməsi barədə məlumat verdim.

Bizim ümumi fikrimiz ondan ibarət idi ki, YUNESKO hamımıza və bütün beynəlxalq ictimaiyyətə məxsusdur. Biz bu təşkilatı daha da qoruyub inkişaf etdirməliyik”.

Loading

Next Post

Bu gün Bakının 2 rayonunda qaz olmayacaq

Bu gün paytaxtın Sabunçu və Səbail rayonlarında qaz təchizatında fasilə yaranacaq Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb Bildirilib ki, “Nardaran QPS” ölçü qovşağından qidalanan “Hacı Seyfəl” orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin […]