Azərbaycan neftinin qiyməti 68 dolları keçib

Oxunma vaxtı:51 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,71 ABŞ dolları və ya 2,57 % artaraq 68,34 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 68,27 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,69 ABŞ dolları və ya 2,64 % artaraq 65,76 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Ukrayna müharibəsində daha 2 soydaşımız həlak olub - ADLAR

Rusiya-Ukrayna müharibəsində daha 2 azərbaycanlı həlak olub. Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edən 1993-cü il təvəllüdlü Cavidan Maqsud oğlu Əbdülrzayev və 2005-ci il təvəllüdlü Cəlal Zeynal oğlu Zeynalov həlak olublar. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsində bu günə qədər hər iki tərəfdən yüzlərlə azərbaycanlı həlak olub və yaralanıb.(Modern)