Rövşən Nəcəf: “SOCAR bərpa olunan enerji layihələrinə investisiya yatırmaq istəyir”

Oxunma vaxtı:33 Saniyə

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bərpa olunan enerji layihələrinə investisiya yatırmaq niyyətindədir.

“Report”un məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf bu gün işə başlamış Bakı Enerji Forumunun I günündə bildirib.

Onun sözlərinə görə, bunun üçün şirkət dünyanın ən tanınmış, böyük enerji şirkətləri ilə əməkdaşlıq edir: “Belə əməkdaşlıq etmədən mümkün deyil”.

R.Nəcəf qeyd edib ki, SOCAR neft-qaz şirkəti olaraq yaradılsa da, artıq enerji şirkəti kimi fəaliyyət göstərir: “Azərbaycanın enerji şirkətinin məxsusi rolu qonşu ölkələrə və təbii ki, evlərə enerji təhlükəsizliyini təmin etməkdir”.

O vurğulayıb ki, SOCAR 2050-ci ilə qədər karbon emissiyasının sıfıra endirilməsinə nail olunmasını hədəf götürüb: “İnanırıq ki, biz bu hədəflərə nail olacağıq”.

Loading

Next Post

Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı növbəti layihəni təqdim edib

Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı növbəti layihəni təqdim edib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib. Nazir həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırdığını bildirib: “Danışıqlar prosesinin gedişi, sülh prosesi ətrafındakı danışıqlar, Alma-Ata danışıqları barədə məlumat verdim. Ondan öncə Azərbaycan Ermənistana […]