Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Oxunma vaxtı:20 Saniyə

Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə  “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.

Qeyd olunub ki, qəsəbə ərazisində diametri 89 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə iyunun 23-də saat 11:30-da başlayacaq təmir-bərpa işləri ilə əlaqədar 1200 abonentin qaz təchizatında fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra abonentlərin qazla təminatı bərpa ediləcək.

Loading

Next Post

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Giyoma təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Əlahəzrət, Lüksemburq Böyük Hersoqluğunun milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram”.