Sabah Bakıda hava yağmursuz olacaq

Oxunma vaxtı:37 Saniyə

Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.

Loading

Next Post

Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Keyt Kelloq Rusiya ilə Ukrayna arasında mayın 23-də baş tutmuş əsir mübadiləsini İstanbul danışıqlarının ən müsbət nəticəsi adlandırıb. O, bu barədə “X” sosial şəbəkəsində yazıb. “Ukrayna və Rusiya arasında keçən həftə İstanbulda baş tutmuş texniki danışıqların ən müsbət nəticəsi hər tərəfdən planlaşdırılmış şəkildə 1000 […]