Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq

Oxunma vaxtı:32 Saniyə

Bu gün Bakının Xəzər, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və Xətai rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar aprelin 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Stansiya Qala və Mərdəkan yaşayış massivlərinin, Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin F. Rüstəmov, Koroğlu, Ü. Hacıbəyov, Z. Mehdiyev, F. Qayıbov, C. Cabbarlı küçələrinin, Xətai rayonu üzrə isə Zığ kəndi və Gəncə prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Hesablama Palatası: Kür-Araz ovalığında şorlaşmış torpaqlar artıb

Hesablama Palatasının apardığı audit Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin və suvarılan torpaqların vəziyyətində ciddi nöqsanları üzə çıxarıb.Bu barədə Palatanın 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir. Auditin nəticələrinə əsasən, son beş ildə bölgədə zəif, orta və güclü dərəcədə şorlaşmış torpaqların xüsusi çəkisi artaraq, 2024-cü ildə müvafiq olaraq 34,1 %-ə, […]