ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

DogruSozTv Az
Oxunma vaxtı:37 Saniyə

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə saxta biletlərin satılması halları ilə bağlı sərnişinlərə xəbərdarlıq edib.

Bu barədə ADY-dən bildirilib.

Qeyd edilib ki, son günlər şirkətə vətəndaşlardan sözügedən marşrut üzrə saxta biletlərin satılması ilə bağlı müraciətlər daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunur, araşdırmalar aparılır. Saxtakarlıq edən şəxslərin və sosial şəbəkə səhifələrinin müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

ADY vurğulayıb ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və onlara bilet kvotası ayırmır.

Sərnişinlərə biletləri yalnız ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək tövsiyə olunub.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Sentyabr ayının 1-də Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilən “ŞƏT plyus” formatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ölkənin beynəlxalq miqyasda artan rolunun və çəkisinin göstəricisi sayılır. Sözügedən platforma Asiyanın aparıcı dövlətlərini bir araya gətirir və rəsmi Bakının da belə bir mötəbər tədbirə dəvət edilməsi, Prezidentin bu tədbirdəki çıxışı əslində Bakının […]