Azərbaycan Ordusunun Baş Qərargah rəisi Rusiya sülhməramlılarına təşəkkür edib 

Oxunma vaxtı:19 Saniyə

Azərbaycanın müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qarabağdan çıxarılan Rusiya sülhməramlılarına göstərdikləri xidmətlərinə görə təşəkkür edib.

“Report”un verdiyi xəbərə əsasən, K.Vəliyev bu barədə Xocalıda sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbirdə deyib.

“Missiyanızın başa çatması münasibətilə sizi təbrik edirəm. Sizə Qarabağda sülh və stabiliiyin təmin olunması üçün cəsarətli xidmətinizə görə təşəkkür edirəm”, – general-polkovnik vurğulayıb.

Loading

Next Post

İsrail BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsini rədd edib

İsrail hökuməti Fələstinin BMT Baş Assambleyasının Təhlükəsizlik Şurasına təşkilatın daimi üzvü kimi qəbuluna yenidən baxmağı tövsiyə edən qətnaməni yekdilliklə rədd edib. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. “Bu qərar gələcək danışıqlar üçün əsas olmayacaq. Qeyd olunan qərar mübahisəli ərazilərin statusunu dəyişdirmir, gələcək danışıqlar üçün əsas olmayacaq […]