Vilayət Eyvazov sıra baxışı keçirib

DogruSozTv Az
Oxunma vaxtı:28 Saniyə

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 189 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Qeyd olunub ki, onlardan 14 nəfəri Vətən müharibəsi iştirakçısı olub.

Nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Loading

Next Post

Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda oktyabrın 27-də Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, siyasi məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyə nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci rəhbərlik edib. Vurğulanıb […]