Məktəblərdə qış tətili başlayır

Oxunma vaxtı:28 Saniyə

Məktəblilərin qış tətili başlayır.

2026-cı ildə Azərbaycanda ümumtəhsil məktəblərində qış tətili ənənəvi təqvimə uyğun olaraq yanvarın 27-dən 31-dək davam edəcək. Tətil 5 gün davam edəcək.

Şagirdlər ikinci yarımildə dərslərə fevralın 2-dən etibarən qayıdacaqlar. Bunun səbəbi fevralın 1-nin bazar gününə təsadüf etməsidir. Beləliklə, tədris prosesi fasiləsiz və təqvimə uyğun şəkildə bərpa olunacaq.

Qeyd edək ki, qış tətilinin müddəti və tarixləri Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilib. Müəllimlər və məktəblərin inzibati heyəti üçün isə sözügedən günlər adi iş günü sayılır və onlar pedaqoji, metodiki və təşkilati fəaliyyətlərini davam etdirirlər.

Loading

Next Post

Tramp: Sülh Şurası Kanada Baş naziri Karniyə göndərdiyi dəvəti geri götürür

ABŞ Prezidenti Donald Tramp Kanada Baş naziri Mark Karninin “Qəzza Sülh Şurası”na olan dəvətini ləğv edib. Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında yazıb. “Xahiş edirəm, bu məktubu Sülh Şurasının Kanadanın indiyə qədər toplanmış ən nüfuzlu Liderlər Şurasına qoşulması ilə bağlı sizə etdiyi dəvəti geri götürməsinin bəyanı kimi qəbul […]