Penitensiar xidmətdə birinci yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib

Oxunma vaxtı:43 Saniyə

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun rəhbərliyi ilə 2025-ci ilin birinci yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Xidmətdən məlumat verilib.

Müşavirədə açılış nitqi ilə çıxış edən nazir müavini bildirib ki, ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədovun tapşırıq və tövsiyələrinə əsasən ötən dövrdə qanunçuluğun möhkəmləndirilməsi, fəaliyyətdə şəffaflığın artırılması və nizam-intizamın gücləndirilməsi, o cümlədən infrastrukturun yenilənməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.

Daha sonra Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov hesabat dövrü ərzindəki fəaliyyətin yekunlarına dair məruzə ilə çıxış edib, tabe qurumların rəhbərlərinin məruzələri dinlənilib.

Əməliyyat müşavirəsinə yekun vuran nazir müavini məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına riayət olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair mühüm tapşırıqlar verib.

Loading

Next Post

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub. Bu haqda məlumat Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.  Hesabat dövründə prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilməklə, Bakı şəhər […]