Bakıda yaşayış binasında yanğın, 10 nəfər təxliyə olunub

Oxunma vaxtı:34 Saniyə

Bakının Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın olub. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhalnazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının şaxtasında baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtası boyunca 51p.m elektrik kabelləri, 16 ədəd plastik şaxta qapısı, 5 ədəd qoruyucu açar və liftin idarəetmə lövhəsi yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti cüzi artıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,54 ABŞ dolları, yaxud 0,7 % artaraq 83,38 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 79,66 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]