Azərbaycan neftinin qiyməti cüzi artıb

Oxunma vaxtı:34 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,54 ABŞ dolları, yaxud 0,7 % artaraq 83,38 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 79,66 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Loading

Next Post

Meşvildişvilinin rəqibi müəyyənləşdi

Azərbaycan güləşçisi Giorgi Meşvildişvilinin (125 kq) Paris-2024-də bürünc medal uğrunda görüşdə rəqibi müəyyənləşib. O, Polşa təmsilçisi Robert Baranla üz-üzə gələcək. Baran Avropa çempionatlarında 2 gümüş, 2 bürünc medal qazanıb. Qeyd edək ki, saat 20:15-dən etibarən əvvəlcə digər çəki dərəcələri üzrə yarımfinal qarşılaşmaları, sonra isə Giorginin də çəkisində medalllar uğrunda yarışlar […]