“Azeri Light” nefti ucuzlaşıb

Oxunma vaxtı:19 Saniyə

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,12 ABŞ dolları və ya 0,18% azalaraq 66,22 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,34 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Loading

Next Post

Bakı sakini dəm qazından boğulub

Bakı sakini dəm qazından boğularaq ölüb. Hadisə Suraxanı rayonunda baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Orxan Bayramov yaşadığı Qaraçuxur qəsəbəsindəki evin hamamında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırmalar aparılır.