Bakıda 110 yaşlı şəxs əməliyyat olunub

Oxunma vaxtı:41 Saniyə

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 110 yaşlı Hilal İbrahimovda artroplastika əməliyatı (omba-çanaq protezi) icra edilib.

Bu barədə “Report”a ATU-dan məlumat verilib.

Klinikanın Travmatologiya və ortopediya kafedrasının müdiri Cəfər Nəsirli bildirib ki, xəstə yıxıldıqdan sonra onda sol bud sümüyünün boyun sınığı yaranıb və müayinə nəticəsində xəstədə artroplastika əməliyatı apaılması qərarı verilib:

“Bizə müraciət edən zaman yerindən qalxa bilməyən, güclü ağrıları olan pasiyent əməliyyatdan sonra artıq yeriməyə başlayıb. 110 yaşlı pasiyent Hilal İbrahimov əməliyyatdan sonra özünü yaxşı hiss edib və bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılıb”.

Qeyd edək ki, omba protezi əməliyyatı – bud oynağının zədələnmiş və ya köhnəlmiş hissələrinin süni implantla (metal, keramika və ya sərt plastikdən hazırlanmış komponentlərlə ) dəyişdirilməsi prosesidir. Bu prosedur ümumi anesteziya altında həyata keçirilir. Xəstələr adətən əməliyyatdan sonrakı ilk gün ayaq üstə dura bilir, yeriməyə başlayır.

Loading

Next Post

AFBİA: Bazar iştirakçıları səmərəli ticarət mexanizmləri yaratmalıdır

Bazar iştirakçıları şəffaf və səmərəli ticarət mexanizmlərinin yaradılması üçün çalışmalıdır. Bunu “Azərbaycan Fond Birjasi İştirakçılarının Asossasiyası” İctimai Birliyinin (AFBİA) İdarə heyətinin sədri Ceyhun Hacıyev 12-ci Beynəlxalq “Caspian Investment Forum”da bildirib. “Sürətlə dəyişən qlobal iqtisadi şəraitdə kapital bazarlarının dayanıqlığı və rəqabət qabiliyyəti yalnız maliyyə institutları üçün deyil, bütövlükdə ölkə iqtisadiyyatı üçün […]