Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Oxunma vaxtı:44 Saniyə

Azərbaycan və Slovakiya arasında daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Şuşada Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkənin daxili işlər nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

V.Eyvazov Daxili İşlər Nazirliyinin fəaliyyət istiqamətləri, ölkədəki kriminogen durum və vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Tərəflər transmilli mütəşəkkil cinayətkarlıq, narkotik və silahların qanunsuz dövriyyəsi, insan alveri, qeyri-leqal miqrasiya və kibercinayətkarlıqla mübarizədə birgə səylərin, müasir texnologiyaların tətbiqinin və operativ informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Matuş Şutay-Eştok yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

Görüş zamanı nazirlər daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Görüşdə hər iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri də iştirak ediblər.

Loading

Next Post

Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb. Bu barədə Azərbaycan XİN “X” sosial şəbəkə hesabında paylaşım edib. “Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk. […]