Bütün yollar açılacaq – BU TARİXDƏN

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

İyunun 14-ü, səhər saat 10:00-dan etibarən hərəkətin məhdudlaşdırıldığı bütün yollar tam olaraq açılacaq.

Bakı Şəhər Halqasından verilən məlumata görə, 10-12 iyun tarixlərində baş tutan 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

Loading

Next Post

Yol polisindən "Son zəng"lə bağlı MÜRACİƏT

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Son zəng” tədbirlərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı valideynlərə müraciət edib. Müraciətdə deyilir: Əziz müəllimlər, valideynlər və şagirdlər! Hər birinizi “Son zəng” günü münasibətilə təbrik edir, gələcək həyatınızda uğurlar arzulayırıq! Bu gündən etibarən doğma məktəbdən ayrılan məzunlarımız həyatlarının yeni […]