İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

DogruSozTv Az
Oxunma vaxtı:20 Saniyə

Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında saziş təsdiqlənib.

Prezident İlham Əliyev sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycanın İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, saziş bu il iyunun 22-də Bakı şəhərində imzalanıb.

Loading

Next Post

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

Ermənistanda bu ilin iyununda keçirilən parlament seçkilərində qalib olduqdan sonra Baş nazir Nikol Paşinyan yeni mərhələyə keçmək üçün kifayət qədər geniş imkan əldə etdi. Hakim “Vətəndaş müqaviləsi” partiyası qələbəni Paşinyanın son illərdə irəli sürdüyü siyasi xəttə verilən mandat kimi qəbul etdi.Seçki kampaniyasında Azərbaycanla sülh, hökumətin xarici siyasətində çoxvektorlu istiqamətin müəyyən […]