Azərbaycan QHT-ləri: Ermənistanla Aİ arasında ticarətin 2,4 dəfə artması təəccüb doğurur

Oxunma vaxtı:48 Saniyə

Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə Ukraynadakı müharibəni maliyyələşdirir.

Bu barədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) ABŞ və Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktubunda bildirilib.

Qeyd olunub ki, Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı sanksiya tətbiq edilməsinə baxmayaraq, bir sıra Aİ ölkələri Rusiya Federasiyası ilə Ermənistan vasitəsilə xarici ticarət əməliyyatlarını davam etdirir: “Belə ki, 2021-ci illə müqayisədə 2023-cü ildə Ermənistanla Aİ arasında ticarətin 2,4 dəfə artması təəccüb doğurur. Bir sıra Avrozona ölkələri ilə münasibətdə isə nəzərəçarpacaq dərəcədə artımlar müşahidə edilir. Belə ki, 2023-cü ildə 2021-ci illə müqayisədə Ermənistanın Yunanıstana ixracı 39 dəfə və Kiprə ixracı 24 dəfə artıb. Necə ola bilər ki, bir tərəfdən Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir, amma digər tərəfdən elə həmin sanksiyaların tətbiqinə cavabdeh olan ölkələr Ermənistanın Rusiya ilə qanunsuz ticarətində iştirak edir? Axı dolayısı ilə Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə həm də bu ölkənin Ukraynadakı müharibəsini maliyyələşdirir”.

Loading

Next Post

İranlı aparıcı Azərbaycanla bağlı bu sözlərinə görə qovuldu

İran dövlət televiziyasının “Üfüq” kanalının aparıcısı Hüseyn Hüseyni işdən çıxarılıb.Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, ermənipərəst və qatı anti-Azərbaycan mövqeli ekspert Ehsan Movəhhedianın da iştirak etdiyi verilişdə iranlı aparıcı Azərbaycan dövlətini “Şimali Azərbaycan” adlandırıb. Eyni zamanda, o, Azərbaycanın İranın “keçmiş əziz parçası” olduğunu dilə gətirərək deyib […]